seo nədir

SEO Nədir?

Bir veb sayt sahibi olan hər kəs, əvvəl-axır SEO ilə maraqlanacaq. Bunun əsl səbəbi odur ki, SEO olmadan bir veb saytı Google axtarış sıralarında ilk sıralara çıxarmaq çox çətindir. Məhz bu səbəbdən, bizim əsl xidmətimiz olan SEO haqqında məlumat xarakterli bir yazı yazmaq qərarına gəldik. Sözü uzatmadan, SEO nədir sualını cavablandıraq.

SEO Nədir?

SEO ən sadə izahla, bir veb saytı Google axtarış nəticələrində ilk sıraya gətirmək üçün görülən addımlardır.

Əgər daha əvvəl SEO barədə heç bir şey eşitməyibsinizsə, bu ifadə sizə biraz qəribə gələ bilər. Lakin bəli, Google axtarışlarında ilk sıralarda görünmək üçün müəyyən strategiyalardan istifadə olunur və bu strategiyaların bütövlüyünə də SEO adı verilir.

Bugün Google axtarış motorunda ən sadə bir axtarış etdiyiniz zaman, ilk səhifədə 10 ədəd sayt görəcəksiniz. Bu saytlardan hansının ilk sırada çıxacağına Google alqoritmi qərar verir. Google alqoritmi edilən axtarışa uyğun milyonlarla sayt içərisindən hansı saytın istifadəçi üçün daha faydalı olduğuna qərar vermək üçün 200-dən artıq faktoru analiz edir.

Burada isə SEO oyuna daxil olur.

SEO mütəxəssisləri bir veb saytı müəyyən axtarışlar üçün necə qabağa çıxarmaq lazım olduğunu bilən insanlardır. SEO mütəxəssisləri Google alqoritminin “xoşuna gələn” faktorları bilir və veb saytı həmin faktorlar üzrə optimizasiya edir. Bu sayədə Google alqoritmi veb saytın istifadəçinin axtarışına uyğun olduğunu anlayır və həmin veb saytı ilk sıralarda çıxardır.

Təəssüflər olsun ki, ən sadə izahla açıqladığımız SEO reallıqda çox kompleks, qarışıq və çətin bir sahədir. Bu səbəbdən saytlarının Google axtarışlarında görünməsini istəyən müştərilər bizə müraciət edir və peşəkar SEO servisi alır 🙂

SEO-nun Növləri

Screenshot

SEO 3 hissədən ibarətdir: (1) səhifə-daxili SEO (on-page SEO), səhifə-xarici SEO (off-page SEO) və texniki SEO. İstənilən bir SEO kampaniyasında hər 3 strategiya markanın saytının axtarış nəticələrində görünməsi üçün tətbiq olunur.

Səhifə-daxili SEO

Səhifə-daxili SEO veb saytın istifadəçi tərəfindən görünən üzündə aparılan SEO optimizasiya işlərini əhatə edir. Səhifə-daxili SEO optimizasiyası zamanı optimizasiya olunan elementlər:

  • Mövzu başlıqları
  • URL-lər
  • Səhifə başlıqları
  • Meta açıqlamalar
  • Məzmunlar
  • Açar sözlər
  • Şəkillər
  • Daxili linklər

Əsas səhifə-daxili SEO elementlərini üstdə sıraladıq. Lakin, səhifə-daxili SEO optimizasiyası zamanı kateqoriya bölgüsü, səhifə strukturu, mobil istifadəyə uyğunluq kimi başqa elementlərin də optimizasiyası edilir.

Səhifə-daxili SEO optimizasiya ilə əsas hədəf, veb saytı hədəf kütlənin axtarış sorğularına cavab verə bilən bir hala gətirməkdir. Bu sayədə Google alqoritminə veb saytın hədəf kütlə üçün faydalı və önəmli bir sayt olduğunun siqnalını göndəririk.

Səhifə-xarici SEO

Səhifə-xarici SEO isə veb saytdan kənarda aparılan SEO optimizasiya xidmətidir. Deyə bilərsiniz ki, “mən öz veb saytım üçün SEO almışam, niyə başqa saytlarda SEO olunur?.” Bu sualın cavabı olduqca maraqlıdır.

Səhifə-xarici SEO ilə əsas hədəf, başqa saytlarda məzmunlar və ya reklamlar yayımlayaraq öz saytımızı gücləndirməkdir.

Google axtarış motoru linkləri təsdiq rolu oynayan ən vacib sıralama faktorlarından biri olaraq görür. Veb saytınıza nə qədər insan backlink (keçid, istinad və ya referans) verirsə, sizin veb saytınız da Google alqoritminin gözündə bir o qədər faydalı, təhlükəsiz və istifadəçilər üçün vacib bir veb sayta çevrilir.

Səhifə-xarici SEO optimizasiyası zamanı edilənlər isə aşağıdakı kimidir:

  • Başqa saytlardan ödənişli linklər almaq
  • Başqa saytlarda reklam yayımlamaq
  • Rəqəmsal PR kampaniyaları
  • Sosial media kanallarında aktivliyi artırmaq

Texniki SEO

Texniki SEO optimizasiya isə adından görüldüyü kimi, veb saytdakı texniki xətaların həll olunmasını ifadə edir. Təəssüf ki, SEO-da nə qədər çalışırsınızsa çalışın, saytın texniki strukturu yaxşı deyilsə hər zaman almalı olduğunuz nəticədən daha azını alacaqsınız və SEO-dan maksimal faydanı götürməyəcəksiniz. Bu səbəbdən saytın texniki strukturunu yaxşılaşdırmaq çox önəmlidir.

Texniki SEO optimizasiya zamanı görülən işlər isə aşağıdakı kimidir:

  • Sayt sürətinin artırılması
  • İşləməyən və ya açılmayan səhifələrin SEO-ya uyğun şəkildə silinməsi
  • Saytın mobil istifadəyə uyğunluğunun təmin olunması
  • 301, 302 yönləndirmələrinə nəzarət edilməsi
  • 404 xətalarına nəzarət edilməsi
  • Tarama büdcəsi (crawl budget) optimizasiyası

Bütün bunlar texniki SEO optimizasiyası zamanı görülən işlərin yalnız bir hissəsidir.

SEO ilə SEM Arasındakı Fərqlər Nədir?

Bizə müraciət edən bir çox insan, SEO-nu SEM ilə qarışdırır. Halbuki, ikisi də ayrı işlərdir. Bu səbəbdən bu mövzuya toxunmaq və SEO ilə SEM arasındakı fərqi izah etmək istəyirik.

SEO veb sayt daxilində aparılan optimizasiya işlərini ifadə edir. SEO ilə əsas hədəf, veb saytı axtarış motorlarında üst sıralara çıxarmaq və sayta trafik çəkməkdir. Bu trafik ödənişsizdir. Yəni, siz hər ziyarətçi üçün ödəniş etmək məcburiyyətində olmayacaqsınız. Eləcə də, axtarış motorlarında ilk sıralara qalxmaq üçün də ödəniş etməli olmayacaqsınız. Siz sadəcə axtarış motorlarında ilk sıralara qalxmaq üçün SEO servisi göstərən təminatçı şirkətin əmək haqqının ödənişini etməli olacaqsınız.

SEM xidmətində isə trafik ödənişli bir şəkildə əldə olunur. Siz SEM ilə ödənişli reklamlar yayımlayaraq hədəf kütlənizin qarşısına çıxaraq ziyarətçi çəkəcəksiniz.

Hər iki strategiya da rəqəmsal marketinq üçün çox vacibdir. SEM SEO-ya, SEO isə SEM-ə dəstək olur.

Black Hat SEO Nədir?

Black Hat SEO və ya Black SEO Google qaydalarına zidd olan strategiyalardan istifadə etməklə veb saytı Google axtarışlarında qabağa çıxarmağı ifadə edir. Bu növ addımlar qısa müddətdə nəticə versə belə uzunmüddətli düşündüyümüz zaman heç bir nəticə verməyəcək və əksinə, sayta ziyan verəcək.

White Hat SEO Nədir?

White SEO və ya White Hat SEO etik qaydalar çərçivəsində həyata keçirdilən SEO-dur. White hat SEO zamanı Google qaydalarına zidd heç bir addım atılmır. Bu sayədə veb saytın spam olaraq qəbul olunma ehtimalı da olmur. Əgər SEO almaq istəyirsinizsə, mütləq şəkildə white hat SEO strategiyalarını tətbiq edən təminatçı şirkətlərdən SEO almağa çalışın. Əks halda veb saytınızda spam xarakterli addımlar atıla bilər və bu geri dönülməz trafik itkilərinə səbəb ola bilər.

Biz Azərbaycanda aktiv olaraq 50+ şirkət ilə əməkdaşlıq edən və 10 ildən artıq SEO təcrübəsinə malik komandaya sahib olan SEO agentliyiyik. Əgər SEO almaq istəyirsinizsə, bu barədə bizimlə əməkdaşlıq edə bilərsiniz. Əlaqə nömrəmiz: +994102657729

SEO Xidmeti Haqqında Digər Yazılar